Polis qaytardı.., dəniz niyə qaytarmasın ki?

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Son bir neçə ay ərzində Azərbaycanda baş verən hadisələrin ilk baxışda bir-biri ilə əlaqəsi olmasa da, onların hamısı, heç şübhəsiz, faciədir. Istər “Günəşli” yatağında baş vermiş hadisələr, istərsə də ondan bir az əvvəlki Nardaran olayları günahsız insanların ölümü ilə nəticələndi. Əsas məsələyə keçməzdən əvvəl, başağrısı olsa da, yaddaşınızı bir qədər təzələmək istəyirəm. Bəli, əziz oxucu, söhbət bütün ölkəni dəhşətə gətirən MTN olaylarından gedir. Sual oluna bilər, bunun məsələyə nə dəxli var? Haqlı sualdır, amma tələsməyin.

Ərz edim ki, birbaşa olmasa da, MTN və onun ətrafında baş vermiş hadisələrdən sonra sadə vətəndaş recimə münasibətdə müəyyən korrektələr etməyə başladı. Sadə dildə desək, onsuz da ümidini üzdüyü hakimiyyətlə arasında nə qədər böyük uçurum olduğunun fərqinə vardı. Əvvəl Nardaran, sonra da “Günəşli” yatağındakı faciələrə yanaşma tərzi ilə bunu bir daha sübut etdi. Nə qədər kədərli olsa da, söyləmək məcburiyyətindəyəm, vətəndaşlar son vaxtlar ölkədə baş verənlərə… müsəlman – türk dünyasının dahi yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının qəhrəmanları kimi yanaşır. Bu haqda bir az sonra. Beləliklə…

Ilk faciəni bizə birbaşa hakimiyyət yaşatdı. Olkənin təhlükəsizliyini təmin etməkdə görəvləndirilən Eldar Mahmudov və onun bandasının dəhşətli əməlləri bütün ölkəni şoka saldı. Məlum oldu ki, əmin-amanlığımız üçün ən böyük təhlükə elə ona cavabdeh olanlar imiş. Dəhşətli qətllər, intihara məcbur etmələr, soyğunçuluq, orta əsrlərə məxsus işgəncələr bu qurumun generallarına külli miqdarda gəlir gətirirmiş. 11 il ərzində var-dövləti bir neçə yüz min manatı keçən günahsız vətəndaşlar bu qurumun girovuna çevrilərək, sağ qalmaq üçün MTN generallarına qazandıqlarının yarısından çoxunu verirmişlər.

Var-dovləti bir az aşağı olan geniş kütlə ilə digər orqanların  “məşğul” olması danılmaz bir həqiqətdir. Bu ayrıca bir mövzu olduğundan gəlin əsas məsələdən yayınmayaq.

Gələk yuxarıda bəhs etdiyim “korrektələrə”, yəni tələbin arzuya çevrilməsinə…

…Bu gün  “Günəşli” yatağındakı faciədə itkin düşmüş neftçilərin yaxınlarının bir arzusu  var. Onlar faciəyə görə kimlərinsə cəzalandırılmasını yox..,  dənizə qərq olmuş yaxınlarının meyidlərinin tapılmasını istəyirlər. Mən bu faciə ilə Nardaran olayları arasında paralel aparmaq fikrindən çox-çox uzağam, amma fakt budur ki, nardaranlılar  da meyidlərini istəyirdilər…

…Rejimlə təbii fəlakət ayrı-ayrı məfhumlar olsa da, hər iksinin törətdiklərinə münasibətin eyni olması, nə yazıq ki, günümüzün acı reallığıdır.

Reallıq budur ki, “Günəşli” faciəsi olmaya da bilərdi. Lakin bunun baş verməməsi üçün vaxtında  Rövnəq Abdullayev fəlakətinə dur deyilməli idi. Sonradan hamısı  neftçi olmuş bir tayfanın diplomlarına baxılmalıydı (səhiyyəni düşünün  – X.Ə.).

…Bir neçə il öncə ARDNŞ-in Əmək Şəraiti normalarının işlənməsi Idarəsinin işdən qovulmuş iki peşəkar əməkdaşı “Azadlıq”ın redaksiyasına gəlmişdi. Onların işdən hansı səbəbə  qovulduqlarını öyrənəndə dəhşətə gəlməmək mümkün deyildi…

Məsələ belə olmuşdu. May ayında R. Abdullayev müsahibə zamanı kiminsə səhlənkarlığı ucbatından işdən qovulanların siyahısında onların da adını çəkir… ARDNŞ şefinin müsahibəsinə düzəliş vermək əvəzinə, idarə bu iki mütəxəssisi işdən çıxarmağa qərar verir və onu icra edir.

Bəli, əziz oxucu, lap Stalin dövründə olduğu kimi…

Ruscası zəif olan diktatorun hər səhvindən sonra dövrün dilçi alimləri rus dilinin qrammatikasına dəyişiklik edirmişlər…