PKK silahlılarının açdığı atəş nəticəsində iki türk polis şəhid olub. Hadisə Mardinin Nusaybin rayonunda baş verib. Polislər PKK-nın qazdığı xəndəkləri bağlamaq və barrikadaları sökmək istəyərkən avtomat silahlardan atəşə tutulub. Polis, hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün Fırat məhəlləsində geniş miqyaslı əməliyyata başlayıb.
Aydın Taş