Cahangir Hacıyev üçün aparılan ev yeməyi qəbul edilmədi

cahangir_haciyev-bankVəkil Aqil Layicov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə görüşüb.

O, C.Hacıyev barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verdiklərini bildirib: “Ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişik”.

Vəkil bildirib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş C.Hacıyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, C.Hacıyev üçün evdən gətirilən yemək və suyun qəbul edilmədiyini də deyib.

 

(report)