2015-ci ilin noyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin miqdarı 7 milyard 172,9 milyon manat təşkil edib.
Bu da sentyabr ayının yekunları ilə müqayisədə 138,9 milyon manat və ya 1,9% azalma deməkdir. Sentyabrın yekunlarına görə, əhalinin banklarda əmanətlərinin həcmi 7 milyard 311,8 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir ki, hazırkı əmanətlərin 1 milyard 723,8 milyon manatı (24%-i) milli valyutada, 5 milyard 449,1 milyon manatı (76%-i) isə xarici valyutada saxlanılır.