İraqın kürd bölgəsinin lideri Məsud Bərzani, türk əsgərinin Mosula girməsinə münasibət bildirib. Regional lider türk əsgərlərinin Mosula yerli əsgərlərə təlim keçmək üçün gəldiyini və bu addımın öncədən razılaşdırıldığını bildirib. Məsud Bərzani, Almaniya xarici işlər naziri Frank Valter Steinmeierlə Erbildə baş tutan ikitərəfli görüşün ardından belə bir açıqlama verib. Kürd lider yaxın zamanlarda Türkiyəyə çoxdan planlaşdırılan səfərini reallaşdıracağını da açıqlayıb.
Aydın Taş