Azərbaycanda daha iki məmur işdən çıxarıldı

ebulfesOnlardan biri vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə işini itirib.

Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib. İclas mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə baş tutub.

İmişli, Zərdab və Qax rayon mədəniyyət və turizm şöbələrinin və onların tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin riş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.

İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı diqqətə çatdırılıb.

Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Həmçinin qərara alınıb ki, 65 yaşının tamam olmasına görə, müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilib. (ans)