Venesuela və Burkino-Fasoda da demokratik seçkilər keçirildi
Dünaya dəyişir, avtoritar hakimiyyətlər tükənir, ən pis nümunlərlə yadda qalan ölkələrdə demokratik seçkilər keçirilir. Amma baş verənlər Azərbyacan hakimiyyətini silkələyə bilmir. Bu qədər müsbət nümunələr, YAP hakimiyyətini utandırmır, 22 ildir hakimiyyət kürsüsünü zəbt edənlərdə kompleks yaratmır. Məsələ burasındadır ki, avtoritar ənənələr dövlətmizin imicinə zərbə vurur. Şərqdə ilk demokratik cümhuriyyətin qurulduğu, qadınlara ilk dəfə səsvermə hüququnun verildiyi ölkədə indi orta əsrlər ənənəsi hökm sürür.
Bir müddət əvvəl qorxulu yuxuya çevrilmiş Əfqanıstanda demokratik seçkilər keçirildi və keçmiş prezident Həmid Kərzai növbəti dəfə namizədliyini irəli sürmədi. Yaxud, Qırğızıstanda, Myanmarda demokratik seçkilər keçirildi və müxalifət qalib gəldi. Kubada, Belarusda siyasi məhbuslar azad edildi. Bugünlərdə isə Azərbaycan hakimiyyəti üçün daha iki utancverici hadisə baş verdi.
Venesuelada keçirilən parlament seçkilərində 16 ildə ilk dəfə olaraq müxalifət qələbə qazanıb. Köhnə parlamentdə sosialist prezident Nikolas Maduranınÿpartiyası 167 yerdən 99-na sahib idi. Indi müxalif “Demokratik birlik bloku”nun azı 99 yerə sahib olacaq, sosialistlər isə 46 yer qazanıb. Yeni parlament 2016-cı ilin yanvar ayında işə başlayacaq.ÿKarakasda müxalifətin qələbəsi sevinclə qarşılanıb. Artıq Venesuela prezidenti Madura müxalifətin qələbəsini etiraf edib.
Bir neçə gün öncə isə Burkina-Fasoda keçirilən prezident seçkilərində keçmiş baş nazir, “Tərəqqi uğrunda xalq hərəkatı”nın rəhbəri Rok Mark Kabore qalib gəlib. O, səslərin 53,5%-i qazanıb. Bu seçkilər Burkina-Faso üçün dönüş anıdır. Bu ölkədə 1960-cı ildən hakimiyyət birqayda olaraq hərbi çevriliş yolu ilə dəyişib. Seçkilər və Kaborenin qələbəsi ilə 2014-cü ilin payızından bu ölkədə elan edilən keçid dövrü başa çatdı. 1987-ci ildən hakimiyyətdə olan Blez Kompaore 2014- cü ildə xalq etirazları nəticəsində istefa verdi.
Bəli, uzun illər dikaturanın hökm sürdüyü Venesuela, hərbi çevrilişlərin məskəninə çevrilmiş Burkino-Faso da ortaya müsbət nümunə qoydu və demokratik keçidin mümkün olduğunu təsdiqlədi.
Indi Azərbaycaın adı Burkino-Fasodan da arxa plana keçib. Sonuncu parlament seçkiləri o qədər biabırçı oldu ki, ATƏT müşahidəçilikdən imtina etdi, Avropa Birliyi boykot çağırışı etdi, ölkə ictimaiyyəti səsvermədə iştirak etmədi və.s Üstəlik, saxtakarlığı əks etdirən yüzlərlə foto-video faktlar ortaya çıxdı.
Göründüyü kimi dünyanın ən geridə qalmış öləkləri irəli çıxmaq üçün səylər göstərirlər. Azərbaycan hökuməti isə şərləyib həbs edir, azad mətbuatı sıradan çıxardır, seçkini saxtalaşdırır, ATƏT-ni Bakı ofisini möhürləyir, gecə-gündüz anti-Avropa təbliğatı aparır, daha çox talan edə bilməyin yollarını axtarır.
Beləliklə, Azərbyacan hakimiyətinin “qətiyyət”i sayəsində, ölkəmiz Burkino-Fasodan, Venesueladan da arxaya düşdü. Görünür, Azərbaycanı bütün dünyada rüsvay etməkdə israrlıdılar və heç bir nümunə hökumətimizi bu “yoldan” sapdırmır.
Samir