ABŞ Dövlət Departamenti neft qaçaqmalçlığının hələ də IŞİD-in əhəmiyyətli gəlir qaynağı olduğunu və bu əməliyyatın bir qisminin Türkiyə üzərindən reallaşdırıldığını açıqlayıb. Departamentin spikeri John Kirby mövzu ilə bağlı bildirib: “Türk hökuməti ilə İŞİD arasında neft qaçaqçılığı və ya istehlakı mövzusunda hər hansı gizli razılaşma yoxdur. Bu iddiaların əsassız olduğunu hesab edirik. Bəzi qaçaq marşrutların Türkiyə ilə sərhəddən keçdiyini bilirik. Bu bir gerçəkdir və türklərlə bu mövzuda danışdq”,- deyə sözçü bildirib.
Aydın Taş