Venesuelada da müxalifət seçkilərdə qalib gəldi

venesuela muxalifetVenesuelada keçirilən parlament seçkilərində 16 ildə ilk dəfə olaraq müxalifət qələbə qazanıb. Köhnə parlamentdə sosialist prezident Nikolas Maduranın partiyası 167 yerdən 99-a sahib idi. İndi müxalif “Demokratik birlik bloku”nun azı 99 yerə sahib olacaq, sosialistlər isə 46 yer qazanıb. Yeni parlament 2016-cı ilin yanvar ayında işə başlayacaq. Karakasda müxalifətin qələbəsi sevinclə qarşılanıb.

Artıq Venesuela prezidenti Madura müxalifətin qələbəsini etiraf edib.

azadliq.info