Ordumuz daha bir şəhid verdi FOTO

Azərbaycan Ordusu daha bir şəhid verib. Dekabrın 5-də düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.

Yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq hərbi qulluqçu vəfat edib.

Məlumata görə, həmən gün atəşkəsin pozulması nəticəsində daha 2 nəfər yaralanıb.