Nardaran hadisələrinə görə həbslər davam edir. Həbslər təkcə Nardaranda deyil, başqa qəsəblərdə və hətta rayonlarda da aparılır. Amma nədənsə, bu haqda nə həbs olunaların yaxınlarına, nə də ictimaiyyətə məlumt verilmir. Onların konkret hansı maddələrlə həbs olunduğu haqda da xəbər yoxdur. Bu gün Nardaranda baş verənlərdən bir həftə sonra daha iki nəfərin həbs olunması haqda məlumat almışıq. Məlumata görə, onların hər ikisi inzibati qaydada həbs olunub. Məhkəmə Sahil Rzayevi 25, Tural Allahverdiyevi isə 22 sutka inzibati qaydada həbs edib.
Sahil Rzayev Sabuncu Polis İdaərsinin qabağında baş verən hadisələr zamanı da tutularaq haqqında 15 günlük həbs qərarı çıxarılıbmış.

Sahil birinci dəfə sutkalığı başa çatandan sonra Lənkərana evlərinə gedibmiş. Orda da tutulub. Sahili gəlib evdən aparıblar.

Hazırda yaxınlarına onlar haqda heç bir məlumat verilmir. Hər iki şəxsin Binəqədi müvəqqəti saxlama təcridxanasında saxlandığı bildirilir.
azadliq.info