Türkiyənin baş naziri Əhməd davudoğlu irqalı həmkarına məktub yazıb. Davudoğlu, məktubunda, İraqa, bütün ölkələrin hörmətlə yanaşmasının vacibliyini vurğulayıb və suverenlik, ərazi bütövlüyü mövzusunda ən həssas ölkələrdən olan Türkiyənin buna xələl gətirəcək hər hansı addım atmayacağını qeyd edib. Baş nazir, Türkiyənin İraqa İŞİD-lə mübarizədə hər cür dəstək verməyə davam edəcəyini, bu istiqamətdə mövcud əməkdaşlığı danışıqlar və koordinasiya çərçivəsində dərinləşdirmək istədiklərini qeyd edib. Davudoğlu, məktubunda, İraqla Türkiyənin əməkdaşlığından narahatlıq duyan və bunun sona çatmasını istəyən qüvvələrin niyyətinin baş tutmasına imkan verilməməsinin lazım olduğunu da məktubunda vurğulayıb.
Aydın Taş