Burkana-Fasoda müxalifətin namizədi qalib gəldi

kabore burkina-fasoBir neçə gün öncə Burkina-Fasoda keçirilən prezident seçkilərində keçmiş baş nazir, “Tərəqqi uğrunda xalq hərəkatı”nın rəhbəri Rok Mark Kabore qalib gəlib. O, səslərin 53,5%-i qazanıb.

Bu seçkilər Burkina-Faso üçün dönüş anıdır. Bu ölkədə 1960-cı ildən hakimiyyət hərbi çevriliş yolu ilə dəyişirdi.

Seçkilər və Kaborenin qələbəsi ilə 2014-cü ilin payızından bu ölkədə elan edilən keçid dövrü başa çatdı.

2014-cü ildə 1987-ci ildən hakimiyyətdə olan Blez Kompaore xalq etirazları nəticəsində istefa verdi.

azadlıq.info