Səadət Cahangirdən matəm şeiri

Bir ölkə – alov ağzında
acıların lüt yanığı,
içimizdə qopan ahlar
bir qutu kibrit yanığı…

bir ölkə – dənizi batmış,
dalğaları od içində,
sahili fəryad içində,
gəmilərdə fit yanığı…

bir ölkə – sürgün qapısı,
başında bir düzəni yox,
xəyalında üzəni yox,
limanlar ümid yanığı…