İraq Türkiyəyə 48 saat vaxt verdi

Ibadiİraqın baş naziri İbadi, Türkiyəyə əsgərlərini ölkədən çıxarmaq üçün 48 saat vaxt verib. İbadi bunun baş verməyəcəyi halda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət etməklə yanaşı, bütün mümkün addımları atacaqlarını bildirib. Baş nazir, əsgərlərin Mosula qaxil olması üçün İraq hökumətindən icazə alınmadığını, ümumiyyətlə, hökumətin bu işdən xəbərsiz olduğunu vurğulayıb.

 

Aydın Taş