Almaniyanın Spiegel Online nəşri Rusiyanın hakimiyyətinin Türkiyənin ünvanna səsləndirdiyi ittihamları təhlil edib.
Rusiyalı hərbçilər dekabrın 3-də peykdən çəkilən şəkilləri təqdim edərək Türkiyəni İŞİD-lə neft ticarətində günahlandırıblar. Ancaq bu şəkillər yalnız yeni suallar ortalığa çıxarıblar.
Nəşrin jurlanistləri Su-24 təyyarəsi vurulandan sonra Putinin Ankaranın ünvanına səsləndirdiyi ittihamları yada salıblar:
– İŞİD “sənaye miqyasında” Türkiyəyə neft nəql edir.
– Ərdoğan və ailəsi bu neftin ticarətindən gəlir əldə edir.
– Türkiyə İŞİD-in nəzarət etdiyi ərazilərdən neft nəqli yollarını müdafiə etmək üçün Rusiya təyyarəsini vurmaq qərarına gəlib.
– Neft Suriyanın Aazaz şəhərindən Türkiyəyə, ordan da İsgəndərun və Dördyollimanlarına gedir.
Lakin Putinin ittihamları üçün əsas yaratmaq məqsədi üçün Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi şəkillərin reallıqla əlaqəsi yoxdur.
Məsələn, şəkillərdən biri Türkiyənin Silopi şəhərindən 11 km cənub-şərqdə tixacı, ikinci isə İraqın qonşuluqda yerləşən və kürdlərin yaşadığı Zaxa şəhərini əks etdirir.
Ancaq regionun xəritəsinə baxdıqda aydın olur ki, bu ərazilər Su-24 təyyarəsinin vurulduğu ərazidən 500 km aralıdadır. Təyyarənin İŞİD-dən alınan neftin nəqlin marşrutunu qorumaq üçün vurulduğu iddia etmək üçün bu şəkillər dəlil ola bilməz.
Şəkillərdə əks olunan ərazilər İŞİD-in nəzarətində deyil. İraqın göstərilən ərazisi İŞİD-lə mübarizə aparan “Peşmərgələrin” nəzarətindədir.
RF Müdafiə Nazirliyi peykdən çəkilən daha iki şəkil təqdim edib. Nazirlik şəkillərin 2015-ci ilin oktyabrın 18-də Suriyanın Dayr-ez-Zaur şəhərindən bir qədər şərgdə çəkildiyini iddia edir. Bu yer də Su-24 təyyarəsinin vurulduğu ərazidən xeyli aralıdır. Baş qərərgahın məlumatına görə, şəkildə neftlə dolu 390 yük maşını əks olunub. Hətta bu belədirsə, bu maşənların hara hərəkət etdiyi sualı yaranır. Məlumdur ki, Dayr-ez-Zaur şəhərində şərgdə yerləşən neft sahələri İŞİD-in nəzarətindədir. Ordan neft İraq və Suriya alıcılarına satılır.
Ticarətçilər nefti Suriya və İraq ərazilərində satılır. Neftlə dolu maşınlar onlara məxsus ola bilərdi. Ancaq bu o demık deyil ki, həmin neft Türkiyəyə gedir. Bu da onu deməyə əsas verir ki, Rusiya Müdafiə Nazirliyinin şəkilləri sübut kimi heç bir işə yaramır.
Fizzə



