Rusiyanın İnterfaks agentliyinin verdiyi xəbərə görə, rəsmi Ankara Rusiya vətəndaşlarına viza tətbiqi haqda düşünmür. Bu haqda Türkiyənin Moskva səfirliyindən bildirilib. Səfirlik rəsmisinin açıqlamasında deyilir: “Türkiyə, rus vətəndaşları dost hesab edir və yaxşı əlaqələri davam etdirmək arzusundadır. Bu səbəbdən rus vətəndaşlara mənfi təsir edəcək qərar vermək niyyəti yoxdur”.
Xatırladaq ki, Rusiya 1 yanvardan Türkiyə vətəndaşları üçün vizasız rejimin ləğvinə qərar verib.
Aydın Taş