Türkiyə Rusiyanın 4 gəmisini həbs etdi VİDEO

Rus döyüş təyyarəsinin Türk reaktivlər tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər hər ötən gün daha da gərginləşir. Rusiyanın son dərəcə aqressiv olması və uyğun olmayan qərarlar qəbul etməsi, Türkiyəni də adekvat davranmağa məcbur edir. Belə ki, hava məkanı uğrunda başlayan qarşıdurma, artıq iki ölkə arasında dənizçilik sektorunu da əhatə edib. Bu gün Türkiyə limanlarına yan alan Rusiya Federasiyası bayrağı altında hərəkət edən dörd gəmi Samsun Limanında PSC yoxlamalarından sonra saxlanılıb.

Xatırladaq ki, son bir həftə ərzində Novorossiysk Limanına yük daşıyan Türkiyə bayrağı altında hərəkət edən beş ədəd gəmi də Rusiya tərəfindən saxlanılmışdı.

Aydın Taş