Türk hərbçilər Mosula girdi VİDEO

turk-askerTürkiyə hərbçiləri İraqın şimalında yerləşən ən böyük şəhərlərdən biri olan Mosula daxil olub. Məlumatda, Mosulun Başika bölgəsinə daxil olan əsgərlərin sayının 1200 civarında olduğu bildirilir. Türk hərbçilərin Mosula girməsindən koalisiya ölkələrinin məlumatlı olduğu bildirilir.

Hərbi mənbələrdən verilən məlumata görə isə bu, Türkiyə hərbçilərinin İraqın şimalına daxil olması yox,  sadəcə, 2 ildir Mosulun Başika bölgəsində Peşmərgəyə təlim keçən birliklərin dəyişdirilməsidir. Bu məqsdlə bölgəyə 150 qədər hərbçi və 20- 25 arası tank gətirilib.

 

 

Aydın Taş