İraq hökuməti Türkiyəyə etiraz edir

turk qoshunTürk ordusunun  İraqın şimalına daxil olması bu ölkənin ciddi etirazlarına səbəb olub. Türklərin Mosula girməsinə Cəlal Talabaninin partiyası KYB,  İraq prezidenti Fuad Masum və şiə mənşəli baş nazir Heydər Al-Abadi sərt reaksiya verib. Prezident Fuad Masum açıqlamasında, türk əsgərinin İraq torpaqlarına girməsinin beynəlxalq müqavilələrə zidd olduğunu bildirib. İraq Xarici İşlər Nazirliyi prezidenti təcili olaraq Türkiyə haqqında beynəlxalq hüququn işləməsi üçün prosesin  başlatmasını istəyib. Baş nazir Al-Abadinin mətbuat bürosundan yayılan bəyanatda isə Türkiyədən əsgərləri dərhal İraq ərazisindən çıxarmaq tələb olunur: “Bizə çatan məlumatda, Türkiyə əsgərlərinin tanklar və ağır silahlarla təlim bəhanəsi ilə İraqa girdiyi bildirilir. Bu hadisə İraqın suverenliyini təhlükə altına atır”,- deyə baş nazir bildirib.

Aydın Taş, Ankara