Cəmil Həsənliyə ABŞ-da nüfuzlu mükafat təqdim olunacaq

cemil-hesenli-qerargahVaşinqtonda Azərbaycandakı siyasi problemlər müzakirəyə çıxarılır

2005-ci ildə təsis olunmuş İon Ratiu Demokratiya Mükafatının builki sahibi Milli Şuranın sədri, professor Cəmil Həsənli olub. Bu mükafat dünyada demokratiya uğrunda mübarizədə xüsusi səylər göstərən, beynəlxalq aləmdə qəbul olunmuş idealların təntənəsinə çalışan adamlara verilir.

Bu mükafat indiyə qədər 2005-ci ildə Meksikadan Serxio Aquayo, 2006-cı ildə Misirdən Səid İbrahim, 2007-ci ildə Belarusdan Anatoli Mixaylov, 2008-ci ildə Moldovadan Eleanora Çerkavski , 2009-cu ildə Polşadan Adam Mixnik, 2010-cu ildə Rusiyadan Oleq Kozlovski, 2011-ci ildə Bəhreyndən Habel Rəcəb, 2012-ci ildə Myanmar Aun San Su Çji, 2013-cü ildə Macarıstandan Angela Koçe, 2014-cü ildə isə Ukraynadan Mustafa Hayemə verilib.

Mükafat Cəmil Həsənliyə dekabrın 8-də Vaşinqtonda təqdim olunacaq. Eyni zamanda, ABŞ paytaxtında Vudro Vilson Mərkəzində Azərbaycanda mövcud siyasi problemlər mövzusunda müzakirələr keçiriləcək. Müzakirələrdə Cəmil Həsənli, Massaçusets Universitetinin tarix professoru Odri Altştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri Riçard Kozlariç və Riçard Morninqstar, Vilson Mərkəzinin proqram direktoru Kristian F.Osterman, Corc Vaşinqton Universitetinin professoru Kori Velt, ABŞ-ın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits iştirak edəcək.

İnformasiya şöbəsi