Bolqarıstan Rusiya təyyarələrinə icazə verməyib

bolqar XINBolqarıstan hökuməti Rusiya təyyarələrinin ölkənin hava məkanından istifadəsinə icazə verməyib. Bu haqda xarici işlər naziri Daniel Mitov məlumat verib. Nazir Rusiya tərəfinin iddia etdiyi kimi təyyarələrdə humanitar yardım deyil, silah olduğunu bildirib. Mitov təyyarədə silah olduğu haqda əsaslı məlumata malik olduqlarını vurğulayıb.

Hazırda Rusiya təyyarələri quruda nəzarət və ən az 5 gün əvvəlindən xəbərdarlıq etmək şərti ilə bu ölkənin hava məkanından istifadə edə bilər.

 

Aydın Taş