“Türk axını” layihəsini biz dayandırdıq”

erdogan-3“Alsan nə olar, almasan nə olar?”

Türkiyə prezidenti Ərdoğan, “Türk axını” layihəsinin Rusiya deyil, Türkiyə tərəfindən dayandırıldığını açıqlayıb. Ərdoğan Putinin vəziyyəti gərginləşdirmək cəhdlərinə toxunaraq bildirib:

“Türkiyə, zəngin enerji qaynaqları olan ölkə deyil. Tam əksinə, bu baxımdan xaricə bağlıyıq. Hazırda Rusiya ilə yaşadığımız gərginlikdə ilk ağla gələn, hər kəsi narahat edən məsələ, təbii qaz təminatıdır. Nə üçün? Çünki istilikdə və elektirik istehsalında böyük həcmdə qaz istifadə edirik.

Bəli, neft ehtiyacımızın 90.5 faizini,  təbii qaz tələbatımızın 98 faizini xaricdən alırıq. Təbii qazda ən böyük bazarımız Rusiya, xam neftdə isə İrqadır. Amma hər iki ölkə tək qaynağımız deyil.

Rusiya ilə aramızdakı problemlər təbii qaz, nüvə enerji stansiyası kimi layihələrə hələlik təsir etməyib. Lakin  ictimaiyyət arasında “Türk axını” layihəsinin Rusiya tərəfindən dayandırıldığı istiqamətində xəbərlər dolaşır.
Dəyərli qardaşlarım, bir daha bu yalan, səhv xəbərlərə inanmayın. Tam əksinə, “Türk axını”, tələblərimizin qarşılanmaması səbəbiylə bir müddətdir tərəfimizdən dayandırılmış bir layihədir. Həqiqəti bilmənizi istərdim.

Qəbilə dövləti deyilik

“Bunu da hər kəsin bilməsi lazım. Türkiyə bir qəbilə dövləti deyil. Biz sərhədlərimiz, suverenlik haqlarımız üzərində əməliyyat keçirənlərə qarşı daha əvvəl xəbərdarlıq etmişdik. Bir deyil, iki deyil, üç deyil, bu xəbərdarlıqlar həmişə edildi, amma bütün bunlara baxmayaraq belə bir hadisə baş verdi.  Türkiyə sizin bir milyard dollarlıq itxalatınızla yıxılacaq ölkə deyil. Alsan nə olur, almasan nə olur. Dik dayanacağıq, amma  əyilməyəcəyik.

 

Aydın Taş