Vəkili Taleh Bağırzadə ilə görüşə bilmədi

tale-bagirzade-azadliqda1“Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin vəkili onunla görüşə bilməyib. Bu haqda məlumat verən vəkil Cavad Cavadov səbəb olaraq hüquqi prosedur mərhələsinin getdiyini əsas gətirib:

“Hüquqi proses, sənədlərin çatdırılması yekunlaşmadığından müvəkkilimlə görüşə bilməmişəm. Onu ancaq məhkəmədə görüşmüşəm. İndiki mərhələdə onun səhhəti, saxlanma şəraiti ilə bağlı açıqlama verə bilmirəm. Çünki Taleh Bağırzadə ilə görüşməmişəm”. (Modern.az)