“Real” İspaniya kubokundan kənarlaşdırıldı

real madridMadridin “Real” futbol klubu İspaniya kubokundan kənarlaşdırılıb. Bu barədə İspaniyanın futbol federasiyası qərar verib. Yerli idman portallarının məlumatına görə, buna səbəb 1/16 mərhələdə “Kadiz” klubu ilə oyunda cəzalı vəziyyətə olan rusiyalı futbolçusu Denis Çerışevın oyuna buraxılması olub.

“Real” həmin oyunda 3:1 hesabı ilə qalib gəlib və qollardan birini Denis Çerışev vurub.