Ukraynanın baş naziri ölkəsinin Türkiyəyə dəstəyini ifadə edib. Yatsenyuk Rusiyanın Türkiyəyə taxıl ixracatını dayandıracağı halda, bu boşluğu doldurmağa hazır olduqlarını bildirib: “Rusiya Türkiyəyə qarşı taxıl ixracatı qadağasına əl atsa, yaranacaq boşluğu doldurmağa hazırıq”.
Baş nazir bundan başqa, Ukrayna hökumətinin Rusiyanın hər qərarına simmetrik sanksiyalarla reaksiya verəcəyini bildirib: ” Parlamentə Rusiya və digər ölkələrin Ukraynaya tətbiq etdiyi sanksiyalara qarşı simmetrik cavab vermə səlahiyyəti nəzərdə tutan bir qanun layihəsi təqdim edəcəyik”,-deyə baş nazir bildirib.
Aydın Taş