Rusiyada fəaliyyət göstərən türklərə məxsus Merinos xalı fabiriki təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Bu haqda fabrikin baş direktoru Ərdoğan Şəkər məlumat yayıb. Şəkər nəzarət və araşdırmalar nəticəsində fabrikdə işləyən 15 Türkiyə vətəndaşının bütün iş və oturum sənədlərinin qaydasında olmasına baxmayaraq, Rusiya federal qüvvələri tərəfindən immiqrant bürosunda aparıldığını, hazırda onlar haqda məlumatsız olduqlarını bildirib. Direktor müəssisəyə aid kompüter sistemiminin sökülərək aparıldığını da bildirib.
Aydın Taş