Neft 40 dollar ətrafında

neftCümə günü Vyanada Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) toplantısı keçiriləcək. Toplantıda istehsal siyasəti müzakirə ediləcək. Ehtimal olunur ki, OPEC iclasda hasilat kvotasının azaldllmasına dair qərar verməyəcək. Bu gözlənti ilə əlaqədar olaraq neft ucuzlaşır.

Qərbi Texas nefti 1.91 dollar düşərək 39.94 dollara, Brent nefti isə 4.4 faiz azalma ilə 42.49 dollara enib və Mart 2009-dan bu yana ən aşağı səviyyəsini görüb.

Üstəlik, Enerji İnformasiya İdarəsinin məlumatına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 1.18 milyon barrel artıb və artımını 10-cu həftə davam etdirib.

İranın Neft Nazirliyinə aid “Shana” xəbər agentliyinə görə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri xaric, OPEC üzvlərinin əksəriyyəti istehsalın azaldılmasını istəyir. İstehsal azalarsa bazarda neft bolluğu aşağı düşər və qiymətlər qalxar.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi OPEC bir il əvvəl yüksək xərcli şist nefti istehsalçılarını bazarda sıxışdırmaq üçün hasilat kvotasını dəyişməmək qərarı vermişdi. Ötən ilin Noyabrından bu yana neft təxminən 40 faiz ucuzlaşıb.

Beynəlxalq bazarlar neft hasilatında siyasət dəyişikliyi olacağını gözləmir və hasilatın azaldılması yalnız sürpriz ola bilər.

 

(marja)