İspaniya prokurorluğunun bu ölkədəki “rus mafiyası” işi ilə bağlı hazırladığı ittiham aktında rus kriminal qruplaşmasının Rusiyanın siyasi və gec dairələri ilə əlaqələri barədə danışılır. İstintaq Aleksandr Bastırkinin RF istintaq komitəsinin sədri vəzifəsinə təyinatı ittiham olunan əsas şəxsin, Peterburqdan olan kriminal avtoritet Gennadi Petrovun uğuru kimi göstərir.
Sənəddə İspaniya mülki aviasiayasının hesabatından da sitatlar gətirilir. Bu hesabata əsasən, Petrovun tabeçiliyində olan təşkilat qərarlara təsir etmək üçün Rusiya ərazisində meriya, nazirliklər, hüquq mühafizə orqanlarına, həmçinin banklara və nüfuzlu korporasiyalara rahat çıxış əldə edə bilirdi.
Petrovun birbaşa əlaqə yaratdığı məmurlar arasında keçmiş müdafiə naziri Anatoli Serdyukov (Petrovla birgə biznesi var), keçmiş baş nazir Viktor Zubkov (siyasi qərarlar vasitəsilə qruplaşmanın maraqlarının lobbiçiliyini edirdi), deputat Vladislav Reznik, baş prokurorun birinci müavini olmuş Aleksandr Bastırkin, Sberbank rəhbəri German Qref olub.
İstintaq ehtimal edir ki, telefon danışıqları zamanı “Çar” adlandırılan şəxs isə Rusiya prezidenti Putin olub.
Həmçinin qeyd olunur ki, keçmiş deputat, bu iş üzrə ifadə vermiş Mixail Monastırski ifadəsində Putinin adını çəkib. Qısa müddətdən sonra keçmiş deputat qəza məticəsində dünyasını dəyişib. Onun ölümü bədbəxt hadisə kimi qiymətləndirilib.
Fizzə