“İŞİD-in ən böyük neft alıcısı Əsəddir”

Josh EarnestTürkiyənin İŞİD-dən neft alması ilə bağlı Putinin səsləndirdiyi iddialara, ABŞ növbəti dəfə cavab verib. Ağ Ev-in sözçüsü Josh Earnest, gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualı belə cavablandırıb: “Rusların belə bir narahatlığı varsa, onu Əsəd və onun rejimi ilə müzakirə etsinlər. Çünki İŞİD-dən ən çox neft alan Əsəd rejimidir. Bununla bağlı çox sayda dəlillər var. Ruslar bu mövzuda, İŞİD-in qeyri-qanuni maliyyə mənbələri haqda doğurdan da narahatlıq keçirirlərsə, hakimiyyətini qorumaq üçün onlara bel bağlayan Əsədlə danışmalıdırlar”,-deyə Ağ Ev rəsmisi bildirib.

 

Aydın Taş