Davudoğlundan Rusiyaya sərt sözlər

davudoglu-agladiTürkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya səfəri öncəsi Rusiyanı kəskin tənqid edib. Davudoğlu Rusiyanı yalanları ilə kimisə inandıra bilməyəcəyini bildirib:

“Soyuq müharibə dövründə Sovet təbliğat maşını var idi. Hər gün müxtəlif yalanlar uydurur, əvvəl özləri inanır, sonra da dünyanın inanmasını gözləyərdilər. Bunlar, “pravda yalanları, palavraları” deyə anılırdı. Rusiyanın son 20-25 il ərzində soyuq müharibədən sonra unutduğunu zənn etdiyimiz xüsusiyyətləri bir-bir ortaya çıxır. Bu Sovet təbliğat maşınının yalanlarına kimsə etibar etməz. İŞİD-dən neft alır, onu satırmışıq… Suriya sərhədi bütün dünya tərəfindən müşahidə olunur. Etik olaraq qa Türkiyə onsuz da belə işə getməz. Hər hansı bir dəlilləri də yoxdur. Əksinə, İŞİD-in Suriya rejimi ilə girdiyi çirkli əlaqələr və sivil xalqa istiqamətli qırğınlar mövzusunda isə dəlillər var. İŞİD-i bəsləyən, o şərtləri meydana gətirən ana qaynaq Suriya rejimidir. İŞİD-in vəhşi qırğınları qarşısında duran ilk ölkəyik.

 

Aydın Taş