İsveçrə prokurorluğu Rusiya baş prokurorunun ailəsinin kapitalının mənşəyilə maraqlanıb
“Nastoügee Vremü” portalı Isveçrənin Baş prokurorluğuna Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çaykanın bu ölkədəki fəaliyyətilə bağlı sorğu göndərib. “Azadlıq” radiosunun məlumatına görə, prokurorluq bu sorğunu araşdırmağa başlayıb və ən qısa zamanda cavab verməyə söz verib.
Aleksey Navalnının korrupsiya ilə mübarizə fondu çərşənbə axşamı günü baş prokurorun oğullarının biznesinə həsr olunmuş araşdırmanı dərc edib. Ilyarım davam etmiş araşdırmanın yekunları fondda Çayka ailəsinin biznesinin qanuniliyi barədə şübhələr yaradıb.
Artyom Çayka Isveçrə sakinidir. Onun bu ölkədə yaşama icazəsi var. Pullarını Isveçrə banklarında saxlayan Çaykanın hesablarına Murat Xapsirokovun hüquq kontorası xidmət göstərir. Onun atası Nazir Xapsirokov Baş Prokurorluğun işlər idarəsinin keçmiş rəhbəri, hazırda isə Adıgeydən seçilmiş senatordur.
Bu şirkətin partnyoru Isveçrənin Vo (Vaud) kantonunun Miqrasiya xidmətinin keçmiş rəhbəri François Tarindir.
Hesabatla bağlı “Nastoügee Vremü”nın müxbiri François Tarinlə əlaqə saxlayıb. Ancaq isveçrəli hüquqşünas Artyom Çaykanın adını eşidən kimi dəstəyi asıb.
Rusiyanın baş prokurorluğu “Novaya qazeta”nın sorğusuna rəsmi cavabında bildirib ki, prokurorluq öz işçilərinin yetkinlik yaşına çatmış qohumlarının əmlakı barədə məlumatı yoxlamağa borclu deyil.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə deyib ki, Kremldə sözügedən hesabatı görməyiblər.



