Azərbaycan millisi reytinqdə gerilədi

azerb yigmasiFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qurumun rəsmi saytının məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan millisi 2 pillə geriləyib. Azərbaycan yığması hazırda 296 xalla 117-ci yerdədir. Siyahının başında dəyişiklik olmayıb. Belçika yığması liderliyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü yerdədir.