Rusiyaya daha bir zərbə: NATO Çernoqoriyaya dəvət göndərdi

nato1NATO Rusiyanın əks çağırışlarına baxmayaraq Çernoqoriyaya ittifaqın 29-cu üzvü olması üçün dəvət göndərib.

Xarici işlər nazirləri toplantısının ikinci günündə, keçmiş Yuqoslaviya respublikalarından olan Çernoqoriya ilə üzvlük müzakirələrinə başlanması istiqamətində qərar verilib.

NATO-nun baş katibi Jens Stoltenberg qurumun qərarını belə dəyərləndirib: “Bu, tarixi bir qərardır. Bu gün həm Çernoqoriya, həm Qərbi Balkanlar, həm də NATO üçün gözəl bir gündür. Bu qərar, çox gözəl bir ittifaqın başlanğıcıdır”,- deyə baş katib bildirib.

 

Aydın Taş