Rusiyanın Rostov Don şəhərində xalça istehsalı edən türk “Merinos” fabrikinə təhlükəsizlik qüvvələrinin basqını olub. Bu haqda fabrikin müdiri Svetlana Zimina məlumat verib: “Bizim fabriki Rusiya orqanları tez-tez yoxlayır. Ancaq bu dəfə hadisə yoxlamadan çox, basqını xatırladırdı. Avtomat silahlı və qar maskalı çox sayda adam polis və təhlükəsizlik qüvvələri olduqlarını söyləyərək içəri girdilər. Hazırda istehsalı dayandırmaq məcburiyyətində qalmışıq. Nə axtardıqlarını bilmirəm. Ancaq fabrikin kompüterindəki hard diskləri ləğv etdilər. Bizim fabrikdə ümumiyyətlə qadın işçilər çalışdığı üçün, hamımızın ödü qopdu. Belə bir şey indiyə qədər nə eşitdik, nə də gördük”,- deyə fabrik rəhbəri bildirib.
Aydın Taş