Rusiya geri çəkilir

lavrov2Türkiyə prezidenti Ərdoğanın telefon zənglərinə cavab verməyən, təmaslardan imtina edən və hətta bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edən Putin, yumşalmağa başlayıb. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov 3-4 dekabr tarixində Belgradda təşkil olunacaq sammitində Türkiyə xarici işlər naziri Sinirlioğlu ilə görüş imkanını dəyərləndirəcəyini bildirib. Lavrov konkret hansı mövzuları müzakirə edəcəklərini açıqlamayıb.

Aydın Taş