Pentaqon Türkiyəni İŞİD-lə daha fəal müharibəyə çağırdı

KarterABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyəni İŞİD-ə qarşı daha effektiv müharibəyə çağırıb. Karter deyib ki, Türkiyənin hazırda həyata keçirdiyi hava əməliyyatlarının çoxu İŞİD-i hədəf almır. Pentaqon şefi Türkiyə silahlı qüvvələrinin İŞİD-ə qarşı həm qurudan, həm də havadan daha fəal mübarizəsini görmək istəyirlər.

ABŞ-ın İŞİD-ə qarşı təşkil olunan qlobal koalisiyaya liderlik etməsi önəmlidir, ancaq müttəfiqlərə də ehtiyacımız var. İŞİD-in yaranmasından bu günə qədər Türkiyə kontrolunu itirdiyi bölgələrə yenidən nəzarət etmək üçün daha çox çalışmalıdır.
Türkiyə İŞİD-in idarəçiləri və dəstəkçilərinin izinə düşməlidir. Bu ölkənin havadan və qurudan daha aktiv mübarizəyə başlamağını istəyirik.

Türkiyənin hava əməliyyatlarının çoxu İŞİD-i yox, PKK-nı hədəfə alır. PKK Türkiyənin sərhədləri daxilində bir terror təşkilatıdır. Bu məsələdə Türkiyənin həssaslığı başa düşüləndir, ancaq İŞİD-lə mübarizədə onların daha aktiv olmağını görmək istəyirik”, – deyə Karter bildirib.

Pentaqon şefi qeyd edib ki, Türkiyə İraq və Suriya ilə həmsərhəd olduğuna görə İŞİD-lə mübarizəyə yetərincə dəstək verməsə, bu, çox ciddi problem olacaq.

Karter ABŞ prezidenti Obama ilə Türkiyə prezidenti Ərdoğanın yaxın zamanlarda görüşəcəklərini də xatırladıb. 

Bəyim