NATO Rusiyanı qorxuya salıb

peskovNATO-nun Çernoqoriyanı 29-cu üzv olaraq quruma dəvət etməsi, Rusiyanın ciddi narahatçılığına səbəb olub. Artıq Rusiya faktla bağlı narahatçılığını ifadə edib. Kremlin sözçüsü Dmitri Peskov, ittifaqın Şərqə doğru genişlənməsinə Rusiya tərəfdən qarşılıq veriləcəyini bildirib:

“NATO-nun Şərqə doğru genişləməyə davam etməsi, Rusiya tərəfindən qarşılıqsız buraxılmayacaq. Rusiyanın təhlükəsizlik maraqlarının təmin edilməsi və dəstəklənməsi bunu tələb edir”.

 

Aydın Taş