Gürcüstan müdafiə naziri müavini Anna Dolidze, Türkiyə və Rusiya arasında yaşanan təyyarə böhranına münasibət bildirib. Dolidze hər bir ölkənin özünü müdafiə hüququnun olduğunu, Türkiyənin də bu hüquqdan istifadə etdiyini bildirib: “Hər bir ölkə öz suverenliyini və hava məkanını qoruyur. Bu, ümumi və hüquqi bir məsələdir. Türkiyənin atdığı addımlarda bu hərəkətlər müəyyən olunur”.