“İŞİD-in bizə hücum etməsini gözləyə bilmərik”. Bunu İngiltərənin baş naziri Devid Cameron deyib. Cameron ölkəsinin İŞİD-ə qarşı hava əməliyyatlarında iştirakının zəruri olduğunu bildirib. İŞİD-in İngiltərənin təhlükəsizliyi üçün meydana gətirdiyi təhdidlərə diqqət çəkən Cameron, bildirib: “İŞİD-ə qarşı koalisiyaya qoşulmaq planımız tamamilə qanunidir. Bu istiqamətdə üzərimizə düşəni edəcəyik. İŞİD-in bizə hücum etməsini gözləyə bilmərik. İndi hərəkətə keçmək vaxtıdır”.
Aydın Taş