Dekabrın 1-də Azərbaycan Televiziyasında Naradaranda keçirilən əməliyyatla bağlı sujet yayımlanıb. Sujetdə Nardaran “terrorçu yuvası”, “çinayətkar ada” kimi təqdim edilib. Reportajda 4 gəncin də münasibəti yer alıb. Onlar da başqaları kimi təsadüfi seçilmiş sadə vətəndaşlar kimi təqdim olunub. Amma sən demə, AzTV növbəti dəfə rüsvayçı saxtakarlığa yol verib. Hətta gənclər öz adları ilə də təqdim olunmayıb. Bu gənc “zəhmətkeşlər” YAP fəalları imiş. Saxtakarlığın üstünü Meydan TV açıb.
Orxan Daşdəmirli – YAP Sabunçu rayon təşkilatının üzvü. Daşdəmirli AZTV-yə müsahibə verməsini kənardan telefona çəkdirərək facebook profilində də paylaşıb.
__________________________________________________________________________________
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının üzvü.
______________________________________________________________________________________
Fərhin Teymurovun twitter profilində özünün atdığı bir tweet belə yoxdur. İlk paylaşımını 2015-ci ilin 10 iyun tarixində edib. Avropa Oyunları ilə bağlı olan və Namiq Murad adlı twitter profilinin tweet-i olub. 23 iyun tarixinə qədər oyunlarla bağlı və oyunların təbliğatına hesablanan tweet-ləri paylaşıb. 24 iyun tarixindən heç bir tweet atmayıb.
Göründüyü kimi, AzTV gənclərdən bunun adını ona, onun adını buna yazıb, bütün hallarda da onların YAP üzvü olduğu qeyd edilməyib.
Orxan Daşdəmirli Nabi Hacıyev, Nəbi Hacıyev Namiq Muradov, Fərhin Teymirov Orxan Daşdəmirli kimi təqdim olunub. Yəqin Fərhin Teymirov adı altında çıxış edən də Namiq Muradov olub. Onun sosial şəbəkədə hər hansı hesabını müəyyən etmək mümkün olmayıb.