ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər

absABŞ Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar qəbul edə bilər. Buna səbəb Rusiyanın orta və qısa məsafəli raketlərin ləğvi ilə bağlı razılaşmanı pozmasıdır. Bu barədə ABŞ dövlət katibinin silahlanma və beynəlxalq təhlükəsizliyə nəzarət üzrə müavini Rous Getemüller danışıb. Getemüller hələlik yeni sanksiyalarla bağlı qərarın qəbul olunmadığını, lakin bu məsələnin gündəmdə olduğunu deyib.

azadlıq.info