NATO Türkiyənin hava sərhəddini gücləndirəcək

nato qoshunRusiyaya məxsus Su-24 təyyarəsi ilə bağlı qalmaqaldan sonra Türkiyənin NATO-dakı müttəfiqləri bu ölkənin hava məkanının mühafizəsini gücləndirmək üçün zəruri tədbirlər görmək niyyətindədirlər. Bu barədə The Wall Street Journal yazır.

Buna qədər NATO sərhəddə bir neçə Partiot qurğusu yerləşdirmişdi. Lakin Ankara daha müasir vasitələrin istifadəsini təklif edir. Həmçinin Türkiyədə Britaniya aviasiyası yerləşdiriləcək.

Həmçinin Aralıq dənizinin şərgində Almaniya və Danimarkanın gəmiləri yerləşəcək. NATO nümayəndələri təhlükəsiz tədbiri çərçivəsində əlavə HHM sistemlərinin yerləşdirilməsini nəzərdə tutur.

Qurumun baş katibi Yens Stoltenberq bildirib ki, bütün bunlar Türkiyənin təhlükəsizliyi üçün nəzərdə tutulub.

Fizzə