Almaniya İŞİD-lə mübarizə çərçivəsində Suriya hakimiyyəti ilə əməkdaşlıq etməyəcək. Bunu Almaniyanın Müdafiə Nazirinin sözçüsü Jens Flosdorff bildirib: “Əsədlə heç bir əməkdaşlıq olmayacaq. Almaniyanın İŞİD-lə mübarizə çərçivəsində bölgəyə göndərəcəyi personal və avadanlıqların xərci 134 milyon Avro təşkil edəcək.
Xatırladaq ki, Almaniya Parisdə baş verən dəhşətli terror aktından sonra Fransanın istəyi ilə İŞİD-lə mübarizə qatılır.
Aydın Taş