Türkiyə vətəndaşları AB ölkələrinə vizasız gedə bilər

ab-turkiyeBrüsseldə keçiriləcək Türkiyə-AB sammitindən öncə hazırlanan qaralama mətndə Türkiyə vətəndaşlarının 2016-cı ilin oktyabrından etibarən Avropaya vizasız səyahət edə biləcəkləri öz əksini tapır. Lakin bunun üçün qaçqın böhranı ilə mübarizədə Türkiyə ilə razılaşmanın əldə olunmasının vacbliyi şərt kimi qoyulur.

Sənəddə Türkiyədəki qaçqınlar üçün ilkin mərhələdə 3 milyard Avro köçürüləcəyi, daha sonra isə prosesin gedişindən asılı olaraq məbləğ artırıla biləcəyi vurğulanır. Hazırlanan ilkin sənəddə Türkiyənin AB toplantılarına qatılma tələbi isə  ildə bir dəfə olmaq şərti ilə qəbul olunduğu bildirilir.

 

Aydın Taş