Rusiya Türkiyədən futbolçu transferini də dayandırdı

turkiye-futbol-yigmaRusiya İdman naziri və Rusiya Futbol Federasiyasının prezidenti Vitaliy Mutko, ölkəsinin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların idman sahəsinə də təsir etdiyini bildirib. Mutko, Putinin imzaladığı sərəncamdan sonra Türkiyədən futbolçu transferini dayandırdıqlarını açıqlayıb. Nazir hələlik “Rubin” komandası ilə müqaviləsi olan Gökdəniz Qaradənizin Rusiyada qala biləcəyini, digər oyunçularla isə gözlənilən müqavilənin imzalanmayacağını bildirib.

 

Aydın Taş