Nardaranda ölənlərin cənazələri ailələrinə verilmir

Foto sosial şəbəkədən götürülüb
Foto sosial şəbəkədən götürülüb

Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş silahlı insident nəticəsində ölənlərin cənazələrinin sabah ailələrinə təhvil veriləcəyi gözlənilir.

Bu barədə sakini Mehman Məmmədov məlumat verib. O, qəsəbə sakinlərini təxribata uymamağa, heç bir qüvvənin vasitəçisinə çevrilməməyə çağırıb.

Qeyd edək ki, bu gün Nardaran sakinlərinin bir qrupu qəsəbənin mərkəzi meydanını boşaltmaq barədə qərar qəbul edib. Bundan sonra qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb.

 

(apa)