
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Fərmana görə, Türkiyədən məhsul idxalına məhdudiyyət qoyulması nəzərdə tutulur. Bundan əlavə, Türkiyə şirkətlərinin və təşkilatlarının Rusiyada fəaliyyəti məhdudlaşdırılır. 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının işə qəbuluna da qadağa qoyulur.
azadlıq.info