AXCP fəalına qarşı facebook təxribatı

sahib-rustemliAXCP-nin fəal internet istifadəçilərinin profillərinə hakimiyyətin xaker hücumları davam edir. 10 noyabr 2015-ci ildə AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmlinin Facebook sosial şəbəkəsində “Sahib Rüstəmli” adlı profili sındırılaraq ələ kiçirilib. Bu profildən Sahib bəyə və digər cəbhəçilərə qarşı təhqir və təzyiq vasitəsi kimi istifadə edilir.

Əvvəlcə həmin profildə Sahib bəyin ailə üzvlərinin şəkilləri paylaşılıb, sonra isə pornoqrafik şəkillər. AXCP üzvü Eldar Salamovun Facebook soaial şəbəkəsində “Eldar Nicat” adlı profilinə Sahib bəyin oğurlanmış profilindən mesajlar göndərilib. Mesajlarda Eldar bəyin ailə üzvlərinin şəkilləri qoyularaq o, təhdid edilib.

Sahib bəyin profillərinə belə hücumlar çox olub. O, oğurlanan profillərini geri alana qədər yeni profil açmağa məcbur olub, oğurlanan profili geri alanda isə yeni açılan profili də qapatmaq istəməyib. Ona görə də onun hal-hazırda Facebook sosial şəbəkəsində “Sahib Rüstəmli”, “Sahib Rustamli (Elseven)” və “ Sahib Cəbrayıloğlu” adlı 3 işlək profili var. Qalan iki profilə də hücum olduğundan Facebbokun mərkəzi ofisi qalan hər iki profili deaktiv etmək məcburiyyətidə qalıb. Sahib bəy Facebookun mərkəzi ofisi ilə əlaqə quraraq hələki bu profillərdən birinin “Sahib Rustamli (Elseven)”-in ona məxsus olduğunu təsdiq edərək geri qaytara bilib.