İranın dini lideri Ayətullah Əli Xamneyinin hərbi məsləhətçisi general Yəhya Rəhim Səfəvi, Rus təyyarəsinin vurulmasının Türkiyə üçün ciddi nəticələr doğuracağını deyib.
İran mətbuatının bildirdiyinə görə, Səfəvi, İsfahan şəhərində təxminən 10 min İnqilab gözətçisi üzvünün qatıldığı bir yığıncaqda çıxış edərkən belə deyib. O, Türkiyənin buna görə cavab verəcəyini bildirib: “Ankara Rusiya təyyarəsini vuraraq strateji səhvə yol verdi. Türkiyə bunun üçün ağır əvəz ödəyəcək”, deyə general bildirib.
azadliq.info